Şimali Koreya yenə təhdid edir

“Şimali Koreya ölkənin dinc gələcəyini təmin etmək itəyir. Ölkənin dinc həyat sürməsi yolunda ona əngəl yaradacaq bütün düşmənləri məhv etməyə hazırdır”. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Şimali Koreya parlamentinin vitse-spikeri An Don Çxun bildirib.

Parlamentlərarası Birliyin Assambleyası çərçivəsində çıxış edən Şimali Koreya nümayəndə heyətinin başçısı qeyd edib ki, ölkəsi bu məsələdə geri çəkilmək niyyətində deyil.