Somalinin paytaxtı Moqadişoda baş verən partlayışda ölənlərin sayı 85-ə yüksəlib, 250 nəfər isə yaralanıb.
AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, ölkədə üç günlük matəm elan olunub.
Qeyd edək ki, ötən gün şəhərin küçələrindən birində partlayıcı maddə dolu yük maşını partladılıb. Yerli mətbuat isə iki avtomobilin partladıldığını bildirir. Əvvəlcə 40 nəfərin öldüyü barədə məlumat yayılmışdı.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...