Somalidə yük avtomobilinin partladılması nəticəsində 85 nəfər ölüb

Somalinin paytaxtı Moqadişoda baş verən partlayışda ölənlərin sayı 85-ə yüksəlib, 250 nəfər isə yaralanıb.
AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir ki, ölkədə üç günlük matəm elan olunub.
Qeyd edək ki, ötən gün şəhərin küçələrindən birində partlayıcı maddə dolu yük maşını partladılıb. Yerli mətbuat isə iki avtomobilin partladıldığını bildirir. Əvvəlcə 40 nəfərin öldüyü barədə məlumat yayılmışdı.