Rusiyanın tanınmış aktyoru Dmitri Маryanov vəfat edib.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 47 yaşlı sənətçi bu gün ölüb. Onun ölüm səbəbi hələlik bəlli deyil.
Dmitri Maryanov teatr və kino aktyoru kimi “Radio günü”, “Qrafinya de Mansaro”, “Tələbələr”, “Döyüşçü” və başqa ekran əsərlərindən məşhurdur. Aktyor həm də Rusiyanın məşhur “Mossovet” teatrında müxtəlif obrazlar yaradıb.