FİFA milli komandaların reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, cədvəldə ciddi dəyişikliklər olub.
Bu dəyişikliklərə səbəb DÇ-2018-in sentyabrda baş tutan seçmə oyunlarıdı.
Azərbaycan millisi 23 pillə geriləyib. Sentyabrda 92-ci olan Robert Prosineçkinin yetirmələri 115-ci pilləyə yuvarlanıb. Yığmamızın uçuruma düşməsi ciddi xal itkisindən irəli gəlib. Sentyabrda aktivində 388 xal olan milli indi cəmi 273 xala malikdi. İtirilən 115 xal da 23 pilləlik enişi qaçılmaz edib.
Belə uğursuzluq evdə Çexiyaya 1:2, səfərdə Almaniyaya 1:5 hesabı ilə uduzmağımızla bağlıdı. İki yenilgi ilk “yüzlük”dən kənar qalmağımızla nəticələnib.
Millimiz və “qonşular”ı
111 (108). Mozambik – 299
112 (128). Yəmən – 297
113 (110). İordaniya – 281
114 (136). Türkmənistan – 279
115 (92). Azərbaycan – 273
116 (123). Filippin – 272
117 (116). Malavi – 271
118 (118). Ruanda – 268
119 (127). Mərkəzi Afrika Respublikası – 266
Dünyanın ən güclü 10 komandasının mövqeyində də ciddi dəyişikliklər baş verib. İsveçrə və Kolumbiya buranı tərk edib. İspaniya “Top-10”a qayıdıb. Peru da gözlənilmədən nəhənglərə qoşulub.
İlk “onluq”
1 (1). Almaniya – 1631
2 (2). Braziliya – 1619
3 (3). Portuqaliya – 1446
4 (4). Argentina – 1445
5 (5). Belçika – 1333
6 (6). Polşa – 1323
7 (8). Fransa – 1226
8 (11). İspaniya – 1218
9 (9). Çili – 1173
10 (12). Peru – 1160
Millimizin DÇ-2018-in artıq başa çatan seçmə mərhələsindəki rəqiblərindən yalnız Almaniya və San Marinonun mövqeyi təxmini siyahıda da dəyişməzdi. Şimali İrlandiya 3 pillə geriləyibsə, Norveç 15, Çexiya 12 pillə irəliləyib.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
1 (1). Almaniya – 1631
23 (20). Şimali İrlandiya – 889
46 (58). Çexiya – 699
58 (73). Norveç – 620
204 (204). San-Marino – 10
Qeyd edək ki, qonşu Türkiyə yığması 27-ci yerdən 33-cüyə yuvarlanıb. “Ay-ulduzlular”ın 807 xalı var.