Bakı metrosu ilə bağlı bilmədiyimiz fakt — İlk qatar reysi və ilk qəza

1967-ci ilin 16 oktyabrında Bakı metrosunda ilk qatar xəttə çıxıb.

“Ölkə.Az” xəbər verir ki, sınaq məqsədi ilə xəttə çıxan qatarın hərəkəti zamanı qəza qeydə alınıb. Bu barədə məlumatı Bakı Metropoliteni” QSC adlı yerdə Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışan Nəsimi Paşayev “Facebook” səhifəsində paylaşıb.
1967-ci ilin 16 oktyabrında Bakı metrosunda ilk qatar xəttə çıxıb. 3529-3530-3538 nömrəli 3 vaqondan ibarət olan qatar sınaq məqsədi daşıyırdı. Maşinist Nağı Nağıyev və köməkçisi Genadi Semyonovun idarə etdiyi qatar 05:05-də depodan çıxaraq bütün stansiyalarda (“Nəriman Nərimanov, “Gənclik, “28 May”, “Sahil”, “İçərişəhər”) dayanmaqla “Bakı Soveti” stansiyasına doğru irəliləyib. Sınaq qatarının sürəti 15 km/saat olub. Qatar 28 aprel (indiki 28 may) stansiyasını keçdikdən sonra dayanıb. Araşdırma zamanı məlum olub ki,tuneldə çalışan işçilərdən kim isə hermetik qapı reduktorunun qapağını İMB yeşiynin üstünə qoyub. İşini başa vurduqdan sonra, qapağı yerinə bağlamağı unudub. Qatar həmin yerə yaxınlaşanda titrəmə nəticəsində qapaq yeşiyin üzərindən birinci vaqonun altına düşüb. Nəticədə qatar yoldan çıxıb. Həmin gün axşama kimi qəzanın nəticələri aradan qaldırılıb. Ehtiyatsız davranan işçi isə töhmət alıb.
Sonrakı günlərdə bir neçə dəfə sınaq reysləri uğurla həyata keçirilib.