Qadın voleybolçular arasında 2018-ci ildə Yaponiyada keçiriləcək dünya çempionatının bütün iştirakçıları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son vəsiqələrin sahibləri Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi (NORCECA) və Cənubi Amerika zonası üzrə qrup matçlarının yekununa əsasən bilinib.
Belə ki, Dominikan Respublikası və Meksika qrup qalibləri kimi Yaponiyaya bilet sifariş ediblər. Puerto-Riko ilə Trinidad və Tobaqo qrupda ikinci yeri tutub və DÇ-2018-də iştirak hüququ qazanıb.
Mundiala sonuncu vəsiqə isə Argentinaya qismət olub. Onlar Cənubi Amerikada yer aldıqların qrupun ən güclüsü adını qazanmaqla, vəsiqəyə yiyələniblər.
Beləliklə, dünya çempionatının 24 iştirakçısının hamısı müəyyənləşib. Bunlar ev sahibi Yaponiya, Cənubi Amerikadan Braziliya, Argentina, Avropadan Rusiya, Serbiya, Türkiyə, İtaliya, Azərbaycan, Almaniya, Hollandiya, Bolqarıstan, Asiyadan Çin, Cənubi Koreya, Tailand, Qazaxıstan, Şimali və Mərkəzi Amerika, Karib Dənizi Hövzəsi ölkələrindən Kuba, Kanada, Dominikan Respublikası, Meksika, Puerto-Riko, Trinidad və Tobaqo, Afrikadan Keniya və Kamerun milliləridi.
Qeyd edək ki, yarış gələn il sentyabrın 29-da start götürəcək və oktyabrın 20-də başa çatacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...