Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası akademiyanın Coğrafiya İnstitutunun maqnit qasırğaları ilə bağlı açıqlama verməsini düzgün hesab etməyib.
APA-nın xəbərinə görə, rəsədxananın direktor müavini Elçin Babayev deyib ki, Coğrafiya İnstitutunun belə işlərə qarışması tamamilə yersizdir. Çünki bu, sırf astrofiziki prosesdir: “Ümumiyyətlə, 3 gündən artıq verilən proqnozlar çox çətinliklə özünü doğruldur. Hər kəs öz işi ilə məşğul olsa, daha yaxşıdır”.
Qeyd edək ki, Coğrafiya İnstitutu maqnit qasırğasının oktyabrın 24-27-də yenidən baş verəcəyini qeyd edib.