İraq ordusu Kərkükdə strateji mövqelərə nəzarəti ələ keçirib

Ötən gecə yerli vaxtla saat 01.00 radələrində   İraq ordusunun başladığı Kərkük əməliyyatı davam edir.
APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, saat 11.00 radələrində İraq Kürdüstan Bölgə Muxtariyyətinə bağlı peşmərgələrin bir sıra strateji nöqtələrdən çəkildiyi açıqlanıb.
İraq ordusu şəhərin cənub istiqamətində Keyvan hərbi bazası, Kərkük hava limanı,  Kərkük Elektrik Stansiyası, neft  və qaz yataqları olan əraziyə nəzarəti ələ keçirib. Şimali İraq Neft Şirkəti və yaxınlıqdakı neft emalı zavodu döyüşsüz alınıb. Bu arada İraqKürdüstan Bölgə Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin lideri olduğu İraq Kürdüstan Demokrat Partiyasının nəzarətində olan peşmərgələr İraq Kürdüstan Yurdsevərlər  Birliyinə (İKYB) bağlı peşmərgələri mövqelərini döyüşsüz tərk etməkdə ittiham ediblər. İKYB-nin peşmərgələrə məsul nümayəndəsi Vesta Resul İraqordusuna müqavimət göstərəcək gücləri olmadığı üçün geri çəkilmək məcburiyyətində qaldıqlarını bildirib. V. Resul İraqordusunun 350 tank və ağır silahlarla hücum çəkdiyini açıqlayıb. İKYB-nin peşmərgə komandanı Aras Şeyh Cengi isə İraq ordusunun Kərkük əməliyyatının beynəlxalq anlaşma çərçivəsində həyata keçirildiyini iddia edib.
Bu arada İraq Kürdüstan Bölgə Muxtariyyəti hakimiyyəti tərəfindən Kərkükə yerləşdirilən 700-ə yaxın PKK terrorçuları şəhərdə yeni müdafiə xətti yaratmağa çalışır və bununla bağlı görüntüləri “Anadolu” agentliyi yayıb.
Qeyd edək ki, İraq hökuməti Kərkük əməliyyatından öncə PKK terrorçularının Kərkükə yerləşdirilməsini müharibə elanı kimi dəyərləndirmişdi. Artıq Türkiyə Xarici İşlər Nazirliyi (XİN) də PKK terrorçularının Kərkükə yerləşdirilməsinə etirazını ifadə edib, İraqtorpaqlarında PKK-nın mövcudluğuna son qoymaq üçün İraqhökuməti ilə hər cür əməkdaşlığa hazır olduğunu vurğulayıb. Türkiyə XİN-in bəyanatında İraq ordusunun Kərkük əməliyyatına dəstək ifadə olunub: “İraq hökumətinin tarix boyunca türkmənlərin yurdu olan Kərkükdə Konstitusiyanın tələblərinin yerinə yetirilməsi istiqamətində atdığı addımları dəstəkləyirik”.