Fəlsəfə tarixində olan yüzlərlə filosofun arasında ən populyarlarından biri Fridrix Nitşedir. Bertran Rassel onu filosof yox, şair saysa belə akademik çevrələrdən kənarda çox məşhur olan filosofdur. Hətta ən məşhur. Nitşe bu məşhurluğunu aforizmlərinə borcludur, çünki özü də dediyi kimi qanıyla yazanlar oxunmaq yox əzbərlənmək istəyir.
Beləliklə, “A24.az” “Kulis.Az”a istinadən Nitşenin əzbərimizdən silinməyən, ya da ilk oxuyanın dərhal əzbərlədiyimiz aforizmlərini təqdim edir.
- İnam, həqiqətə yalandan çox düşməndir.
- İnsan qəhqəhə ilə güləndə öz vəhşiliyi ilə bütün heyvanları geridə qoyur.
- Nihilizm nədir? Bütün dəyərlərin yenidən dəyərləndirilməsi!
- Özü haqda danışmamaq çox əsilzadə bir riyakarlıqdır.
- Sevilmək istəyi ən dəhşətli eqoizmdir.
- Bu gün heç kim ölümcül həqiqətlərdən ölmür, antibiotiklər çoxalıb.
- Dostluq kədəri yox, sevinci bölüşməkdir.
- Qurbanın dostu qurbandan daha çox əzab çəkər.
- Səni sevirəmsə bundan sənə nə?
- Gülə bilən yeganə varlıq insandır. O qədər çox əzab çəkib ki, gülməyi kəşf edib.