“Qarabağ”ın oyunu zamanı Olimpiya Stadionunun dayanacağı açıq olacaq

Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ” İspaniya təmsilçisi “Atletiko”nu qəbul edəcək.
Trend-in məlumatına görə, azarkeşlərin matça rahat gəliş-gedişini təmin etmək üçün Bakı Olimpiya Stadionunun ictimai dayanacağı azarkeşlərin xidmətində olacaq.
Azarkeşlər avtodayanacaqdan qarşılaşmanın başlamasından 3 saat əvvəl – saat 17:00-dan etibarən istifadə edə bilərlər.
Qeyd edək ki, bundan əvvəl “Qarabağ” – “Roma” oyununda ictimai dayanacaq bağlanmış, azarkeşlər stadiona Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress avtobuslarla aparılmışdı.