Qırğızıstanın keçmiş baş naziri Soornbay Jeenbekov çox təcrübəli siyasətçidir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qazaxıstan parlamentinin spikeri Qasım Jomart Tokayev söyləyib. Onun sözlərinə görə, Jeenbekov Qazaxıstanla əməkdaşlığın əhəmiyyətini anlayan şəxsdir.
Qeyd edək ki, dünən Qırğızıstanda prezident seçkisi keçirilib. Seçkinin ilkin nəticələrinə əsasən eks-baş naziri Jeenbekov 54% səs toplayıb.
Qazaxıstanla Qırğızıstan arasındakı münasibət Prezident Atambayevin qazax lider Nazarbayevi tənqid etməsi səbəbindən pisləşib. Atambayev Qazaxıstanı prezident seçkisində müxalif namizədə dəstək verməkdə və Qırğızıstanı daxili siyasətinə müdaxilədə ittiham etmişdi.