Somalinin paytaxtı Moqadişo şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 267 nəfərə çatıb, 300 nəfər yaralanıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somalinin İnformasiya naziri Əbdürrəhman Osman bildirib. Bundan əvvəl 231nəfərin öldüyü, 275-nin yaralandığı bildirilirdi.
Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişonun mərkəzində içərisinə partlayıcı qurğu yerləşdirilmiş yük maşını partladılıb. Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...