Əfqanıstanda müxtəlif yerlərdə 3 terror aktı törədilib.

“Ölkə.Az xəbər verir ki, terror aktları nəticəsində ölənlərin sayı 71 nəfərə çatıb. Partlayışlar nəticəsində 170 nəfər yaralanıb. Ölənlərdən 25-i, yaralılardan isə 30-u polis əməkdaşlarıdır.

Qeyd edək ki, Paktiya əyalətinin Qardez şəhərində terrorçu-kamikadze polis məntəqəsinə hücum edib. Əfqanıstan DİN-nin məlumatına görə, hücum nəticəsində 41 nəfər ölüb, 158 nəfər yaralanıb. İkinci terror aktı nəticəsində isə 25 polis əməkdaşı və 5 dinc sakin ölüb, 10 nəfər isə yaralanıb.

Partlayışdan sonra terrorçularla polis arasında baş verən atışmada 15 terrorçu öldürülüb.