Astarainfo.az xəbər verir ki, oktyabrın 17-də Astara rayon Mərkəzi kitabxanasında Dövlət Müstəqilliyi günü ilə əlaqədar “Müstəqil dövlətçiliyimizin parlaq səhifəsi” mövzusunda tədbir keçirilmişdir.
Rayon MKS-nin direktor müavini İlyas Məmmədov tədbiri giriş sözü ilə açaraq tədbir iştirakçılarını bayram günü münasibətilə təbrik etmiş, dövlət müstəqilliyinin qurulması, qorunması və möhkəmləndirilməsində atılan uğurlu addımlardan, inkişafımızın sürət və vüsətinin təmin edilməsində ulu öndər Heydər Əliyevin nurlu ideyalarından və onun sadiq varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışmışdır.
Məruzə ilə Metodika və bilioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova çıxış etmişdir.O, Azərbaycanın 25 illik müstəqillik yolundan, Heydər Əliyevin dövlətçiliyimizin möhkəmlənməsi və qüdrətlənməsi uğrunda mübarizəsindən, ölkəmizdə siyasi sabitlik və davamlı inkişafın əsasını qoymasından danışıb.
Tədbirdə Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı orta məktəbin müəllimi Şəhla Əlizadə, kitabxanaçılardan Almaz Kərimova, Gültəkin Məcidova və Sürəyya İsayeva çıxış etmişdir. Çıxış edənlər də dövlət müstəqilliyimizin sarsılmaz köklərə dayandığını vurğulayıblar. Qeyd edilib ki, Azərbaycanın bugünkü inkişaf yolu məhz o vaxtlar Ulu Öndərin müəyyən etdiyi siyasi xəttin prezident İlham Əliyev tərəfindən yüksək siyasi bacarıqla ardıcıl davam etdirilməsinin nəticəsidir.
Natavan Mədətzadə
Astarainfo.az