Astarainfo.az xəbər verir ki, oktyabrın 16-da Astara Rayon Partiya təşkilatının şəhər inzibati ərazi nümayəndəliyi Yeni Azərbaycan Partiyasının Yaranmasının 25 illiyinə həsr olunmuş yubiley tədbiri keçirmişdir.
Tədbiri giriş sözü ilə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şhverən Cavadov açaraq partiyanın keçdiyi uğurlu fealiyyət yolundan,rayonun sosial-iqtisadi inkişafı sahəsi və qarşıda duran vəzifələr haqqında geniş məlumat vermişdir.
O, həmçinin bildirmişdir ki, regionların sosial-iqtisadi inkşafına dair Dövlət Proqramlarının qəbulu və qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində Astaranın siması tamamilə dəyişmiş, kənd yolları asfatlaşdırılmış, rayonların ucqar kəndləri qazlaşdırılmış, yaşayış məntəqələri içməli su ilə təmin olunmuş, rabitə sistemi yüksək səviyyədə qurulmuş və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılmışdır.
Regionlarının sosial-iqtisadi inkşafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində Astara rayonunda mühüm infrastruktur layihələri həyata keçirilmiş, o cümlədən Modul tiplli Elektrik və Qaz-Kompressor stansiyaları, Olimpiya İdman Kompleksi, Dövlət Bayrağı Meydanı, Heydər Əliyev Mərkəzi, Gənclər evi, Boks Mərkəzi, dənizkənarı park-bulvar kompleksi, əlil və şəhid ailələri üçün 48 mənzilli 2 yaşayış binası inşa olunmş, 90 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası, Mədəniyyət evi əsaslı təmir edilib, təhsil və digər sosialyonümlü obyektlər istifadəyə verilib, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılib, iri emal müəssisələri yaradılıb, 10 mindən çox yeni iş yeri açılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.
Müasir Azərbaycanın qurucusu, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, bütün sahələr üzrə köklü islahatlar aparılmış, davamlı sosial-iqtisadi inkşafın möhkəm təməli yaradılmışdır.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının məsul əməkdaşı Rübabə Bağırova mövzu ilə bağlı geniş məruzə etmişdir.
Bildirmişdir ki, 25 il bundan öncə Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır.
Ümummilli Lider Heydər Əliyev partiyanı yaradərkən, təşkilatın məqsəd və məramını müəyyənləşdirərkən gənclərin qüvvəsindən istifadə edilməsini, onlara diqqət və qayğını, eyni zamanda təhsili əsas amil kimi ön plana çəkmişdir.Bu gün öz sıralarında təxminən 800 min məsləkdaşı birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü və ən nüfuzlu siyasi təşkilatıdır.
Ümummilli Lider Heydər Əliyevin yaratdığı, təşkilatlandırdığı, qurduğu Yeni Azərbaycan Partiyası Ulu Öndərimizin müdrik dövlətçilik kursunun ən layıqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyatımızın bütün sahələrində uğur və nailiyyətlər qazandığını vurğulamışdır.
Tədbirdə rayon Bələdiyyəsinin sədri Aygül Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova “Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı, rayon Həmkarlar təşkilatının sədri Natiq İbadov, rayon ağsaqqaları çıxış etmişlər.
Astarainfo.az