Astarainfo.az xəbər verir ki,oktyabrın 14-15-də Xaçmaz rayonunun Nabran qəsəbəsində atletika idman növünün kross qaçışı üzrə veteranlar arasında Azərbaycan çempionatı keçirilmişdir.
Bu çempionatda Astara rayonunu şəhər 3 saylı tam orta məktəbin fiziki hazırlıq müəllimi, atletika idman növü üzrə məşqçi Əliyev Rəşad Əjdər oğlu təmsil etmişdir. R.Əliyev 10 km məsafəyə qaçışda 42 dəqiqə 34 saniyəlik nəticə ilə finişi I tamamlamış və Azərbaycan çempionu adını qazanmışdır.
Çempionumuzu 16 oktyabr 2017-ci il tarixdə qəbul edən Astara rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev idmançımızın dəfələrlə respublika əhəmiyyətli yarışlarda iştirak etməsini, parlaq nəticələr göstərməsini fəxrlə qeyd etmiş və bu böyük nailiyyəti münasibəti ilə onu təbrik etmiş, uğurlar arzulamışdır.
Elnur Qurbanlı
Astarainfo.az