Azərbaycan güləşçiləri Bolqarıstanın Plovdiv şəhərində veteranlar arasında dünya çempionatında 1 qızıl və 1 gümüş medal qazanıblar.
Sərbəst güləş yarışlarında B divizionunda mübarizə aparan Mayis İbadov (70 kq) finaladək ardıcıl olaraq, Almaniya, Moldova və Bolqarıstan təmsilçilərini mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə İran idmançısına da qalib gələn Azərbaycan pəhləvanı dünya çempionu olub.
Yunan-Roma güləşi yarışlarında D divizionunda mübarizə aparan Rövşən İsmayılxanlı (130 kq) isə çempionatı ikinci sırada tamamlayıb. O, həlledici görüşdə Polşa idmançısına məğlub olaraq gümüş medala yiyələnib.
Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib.