2018-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. “Report”un məlumatına görə, İsveçrənin Sürix şəhərində təşkil olunmuş tədbirə seçmə mərhələdə qrup 2-cisi olan 8 komanda qatılıb.
Püşkatma nəticəsində onlar 4 cütə bölünüblər:
Şimali İrlandiya – İsveçrə
Xorvatiya – Yunanıstan
Danimarka – İrlandiya
İsveç – İtaliya
İlk oyunlar 9 – 11 noyabrda, cavab görüşləri 12 – 14 noyabrda keçiriləcək.
İndiyədək dünya çempionatına 22 ölkə yığması vəsiqə qazanıb:
Avropa: İngiltərə, Belçika, İslandiya, İspaniya, Almaniya, Polşa, Serbiya, Fransa
Cənubi Amerika: Argentina, Braziliya, Kolumbiya, Uruqvay
Şimali Amerika: Kosta Rika, Meksika, Panama
Asiya: İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya
Afrika: Nigeriya, Misir
Qeyd edək ki, dünya çempionatı gələn il iyunun 14-dən iyulun 15-dək Rusiyada təşkil olunacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...