Kiyevin qanun qoruyucuları dünən gecədən etibarən şəhərin mərkəzi küçələrini bağlayıblar.
Publika.az bildirir ki, buna səbəb bugün Mixail Saakaşvilinin tərəfdarları tərəfindən təşkil edilmiş mitinqi əngəlləməkdir. Bu haqda özünün Feysbuk səhifəsində jurnalist Tatyana Danilenko yazıb.
“Hökumət evinin ərazisinə gediş-gəliş tam bağlanıb. “Oktyabr” sarayının həyətində Milli Qvardiyanın döyüşçüləri məşq edir. Hətta Kreşatikdəki parad zamanı onlar o qədər deyildilər. Mən bu cür genişmiqyaslı bloklama hələ görməmişdim”, – o, qeyd edib.
Məlumat üçün bildirək ki, 17 oktyabrda Ali Radanın yanında mitinq planlaşdırılıb. İştirakçılar Ukrayna hakimiyyətindən deputat toxunulmazlığının ləğvi, korrupsiya ilə mübarizə, biznesin satışı haqqında vədin icrası, yeni seçki qanunvericiliyinin qəbulu və mənzil-istismar xidmətlərinin tariflərinin azaldılmasını tələb edəcəklər.
Ukraynanın paytaxtında mitinqin keçirilməsini Mixail Saakaşvili elan edib