Latviyanın ədliyyə naziri Azərbaycana rəsmi səfərə gələcək

Latviyanın ədliyyə naziri Dzintars Rasnaçs (Dzintars Rasnačs) Azərbaycana rəsmi səfər edəcək.

Məlumatda latviyalı nazirin Bakıya bu gecə gələcəyi deyilir. Səfər çərçivəsində D.Rasnaçs azərbaycanlı həmkarı Fikrət Məmmədovla görüşəcək və ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edəcək.
Bundan əlavə, latviyalı nazir Azərbaycanın digər rəsmi şəxsləri ilə görüşlər keçirəcək.