Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan:Yeni yüksəliş mərhələsi” mövzusunda keçirilən gənc tədqiqatçıların respublika elmi konfransına respublika himninin səslənməsi ilə start verilib.
LDU-nun təşkilati dəstəyi ilə reallaşan respublika elmi konfransının plenar iclasını universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru,professor Natiq İbrahimov açıb. LDU rəsmisi son illərdə ölkədə gənc elmi kadrların yetişdirilməsi istiqamətində respublika təhsil nazirliyinin həyata keçirdiyi uğurlu layihələrdən söz açıb,Lənkəran Dövlət Universitetində elmlə praktikanın üzləşdirilməsi yönümündə təcrübi tədqiqatlara start verildiyini bildirib.
LDU-da gənc kadrların elmi potensialının düzgün yönləndirilməsi məqsədi ilə yeni proqramın hazırlandığını deyən universitet rəsmisi bu istiqamətdə dünya ali təhsil müəssisələrinin təcrübəsindən də yararlanacaqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Professor Natiq İbrahimovun çıxışı Lənkəran Dövlət Universitetinin bu istiqamətdə fəaliyyətini əks etdirən videoçarxla müşayət edilib.
“Elmi kadr hazırlığının milli strategiyası “ mövzusunda LDU-nun tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə məruzə edib.Məruzə ətrafında keçirilən müzakirədə gənc tədtiqatçılardan Əfranə Həsənli,Ruslan Mİrzəyev,Şəbnəm İbadova çıxış edərək ölkədə gənc alimlərin hazırlanması istiqamətində görülmüş işlərdən və həllini gözləyən məsələlərdən söz açıblar.
Respublika elmi konfransı iştirakçıları adından prezident cənab İlham Əliyevə ünvanlanan müraciətdə ölkədə gənc elmi kadrların inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildirilib,bu etimada yeni uğurlu tədqiqat işləri ilə cavab veriləcəyi vurğulanıb.
Sonra konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib.Təbiət elmləri,Humanitar elmlər,Aqrar və mühəndislik,İqtisadiyyat bölmələrində gənc tədqiqatçıların Azərbaycan,rus,ingilis dillərində müxtəlif mövzularda 120-dən artıq məruzəsi dinlənilib.
Elmi konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib,aktiv müzakirə aparılıb.Professor Natiq İbrahimov konfransda fəal iştiraklarına görə gənc tədqiqatçılara rəhbərlik adından minnətdarlıq edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.Gənc tədqiqatçılar arasında daha maraqlı məruzələr təqdim etmiş iştirakçılara sertifikatlar təqdim edilib və həmin işlərin nəşr olunması tövsiyyə olunub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...