London metrosunun “Parsons Green” stansiyası yaxınlığında naməlum şəxsin bıçaqla insanlara hücumu etməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətləri barədə məlumat verilmir.

Hadisə yerinə polis qüvvələri cəlb edilib, ərazidə istintaq tədbirləri aparılır. “Parsons Green” metro stansiyası sərnişinlər üçün bağlanıb. Skotland-Yard hücumun terrorla əlaqəli olmadığını vurğulayıb. Bununla belə, hadisə ilə əlaqədar saxlanılan yoxdur.

Xatırladaq ki, sentyabrın 15-də “Parsons Green” metro stansiyasında törədilən partlayış nəticəsində 30 nəfər yaralanmışdı. Polis hadisəni terror aktı kimi qiymətləndirmişdi.

***

London metrosunda naməlum şəxs bıçaqla insanlara hücum edib.

APA-nın məlumatına görə, bu barədə “The Independent” qəzeti xəbər verib.

“Parsons Green” stansiyasında baş verən insident nəticəsində 3 nəfər xəsarət alıb.  Skotland- Yard hücumu terrorla əlaqələndirmir.

Xatırladaq ki, sentyabrın 15-də “Parsons Green” metro stansiyasında törədilən partlayış nəticəsində 22 nəfər yaralanmışdı.