Tramp noyabrda Yaponiyaya gedəcək

ABŞ prezidenti Donald Tramp Yaponiyaya səfər edəcək.

Astarainfo.az Publika.az-a istinadən xəbər verir ki, Yaponiyanın Nazirlər Kabinetindən verilən rəsmi məlumata görə, səfər 5-7 noyabr tarixlərində baş tutacaq.

Nazirlər Kabinetinin nümayəndəsi Kota Noqami bildirib ki, ABŞ lideri Donald Trampın Asiya turu ilk olaraq Yaponiya səfəri ilə başlayacaq.
Xatırladaq ki, Donald Tramp Asiya turu çərçivəsində Çin və Cənubi Koreyaya da səfər edəcək.