Yaponiyada hərbi helikopter radarlardan itib

Yaponiyada içərisində 4 pilotun olduğu hərbi helikopter radarlardan itib.
Trend-in məlumatına görə, “UH-60” helikopterinin radarlardan itmədən öncə Hamamatsu şəhəri yaxınlığında uçuş həyata keçirdiyi bildirilib.
Hazırda helikopterin və pilotların axtarışları davam etdirilir.