Bu il Azərbaycanda doğuş zamanı neçə qadın ölüb?

“Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq”.
Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb.
APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb: “Ölüm hadisələrinin sayı həmin müddətlə müqayisədə eyni qalıb. Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq”.