Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Rüzgar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Əsgərov 4 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbslə əvəz edilib və o, məhkəmə iclas zalında həbs olunub.
Qeyd edək ki, hadisə bu il Şabran rayonunda baş verib. R. Əsgərov ailə münaqişəsi zəminində həyat yoldaşını döyüb. Xəstəxanaya çatdırılan zərərçəkmişi xilas etmək mümkün olub.