Bir-birindən güclü antioksidant təsirli iki qida – bal və heyva birlikdə yeyildikdə orqanizmdə nə baş verə bilər?
Heyvanın mövsümü gəlib, bal isə bütün mövsümlərdə dərdlərimizə çarədir.
Astarainfo.az ailem.az-a istinadən bu iki qidanın bir yerdə yeyildikdə orqanizmə hansı faydalar verdiyini sadalayır.
– Balın və heyvanın tərkibindəki birləşmələr tıxanan damar yollarını açır, ürək-damar xəstəliklərinin qarşısını alaraq iflic riskini aradan qaldırır.
– Bal heyva ilə birlikdə istifadə edildikdə ürəkbulanma və qusmanın qarşısını alır.
– Heyva və balın antioksidant xüsusiyyəti orqanizmdə bakteriya və göbələk yaranmasını əngəlləyir.
– Tərkibində yüksək faizli lif olan heyva balla birlikdə yeyildikdə arıqlamağa yardımçı olur.
– Qan yaradan xüsusiyyətləri olan heyva və bal allergik xəstəliklərə qarşı da faydalıdır.
– Sidik qovucu xüsusiyyətlərə sahib heyva balla birləşdiyində həzm sisteminə kömək edir.