Naringi(mandarin) tərkibində olan çox sayda fosfora və vitaminlərə görə hafizəni və huşu gücləndirər. İştahasızlıq üçün də faydalıdır.
Əgər yuxusuzluqdan əziyyət çəkirsinizsə, gecələri rahat yata bilmirsinizsə, bir neçə dənə naringi (mandarin) yeyin. Bu meyvəni tərkibində olan C, A, B vitaminləri ürəyiniz üçün faydalıdır. (Tebyan)
Mandarin eyni zamanda əsəblərin sakitləşdirilməsi üçün çox faydalıdır. Bu meyvə həm də sidikqovucudur. Ona görə də bədəndəki zəhərli maddələri dəf edər.
Həkimlər başı gicəllənən xəstələrə naringi (mandarin) yeməyi məsləhət görürlər. Bu meyvə qan dövranını yaxşılaşdırar və angina üçün faydalı olar. Bu meyvənin tərkibində maqnezium vardır. Ona görə də əzələ fəaliyyətlərinə, əsəb sisteminə yaxşı təsir edər. Tərkibində fosfor və kalsium olduğu üçün sümüklərə yaxşı təsir qoyar. Bu meyvə yüksək qan təzyiqi üçün də faydalıdır.
Bununla yanaşı, bu meyvənin tərkibində C vitamini, karotin maddəsi vardır. Bu maddələr hərarəti aşağı salar. Bu meyvənin tərkibində A vitamini olduğu üçün xərçəng xəstəliyinin qarşısını alar.
Mütəxəssislər belə qənaətə gəlib çatıblar ki, bu meyvə həm kökəlmənin qarşısını alır və həm də diabetlə mübarizə aparır. Amerikalı mütəxəssislər siçanların üzərində apardıqları tədqiqatlar nəticəsində bu qənaətə gəlib çatıblar ki, bu meyvə xolesterinin səviyyəsini tənzimləyir, diabetlə və qaraciyər yağlanması ilə mübarizə apara bilir.
Astarainfo.az