Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub.
“Report”un məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, bu, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşu olub: “Doğuşdan sonra ananın ölümünə ilkin səbəb qanaxma ehtimal olunur. Meyit patomorfoloji təşrihə verilib. Eskpertizanın rəyi, təxminən, bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəbi bilinəcək”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...