Türkiyədə fövqəladə vəziyyət daha üç aylıq uzadıldı

Türkiyə parlamenti ölkədə fövqəladə vəziyyətin daha üç aylıq uzadılması haqqında qərar qəbul edib.
Trend-in məlumata görə, parlament üzvlərinin əksəriyyəti qanun layihəsinin qəbul olunmasına səs verib.
Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət ötən il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra üç ay müddətinə tətbiq edilib və sonradan bir neçə dəfə uzadılıb.