“Ən yaxın perspektivdə – “Şimal” elektrik stansiyasında gücü 409 MVt olan ikinci enerji blokunun, Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilməklə yanaşı, yaxın perspektivdə 980 MVt gücündə “Yaşma”, 385 MVt gücündə “Səngəçal-2” istilik elektrik stansiyalarının inşası nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bunu “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.
“Ötürücü infrastrukturun rəqəmsal texnologiyalar əsasında yenidən qurulması işləri gələn ildən daha da intensivləşdiriləcək. “Azərenerji” ASC tərəfindən artıq tətbiqinə başlanılmış bu innovativ texnologiya ənənəvi texnologiyalardan yüksək dərəcədə avtomatlaşdırma səviyyəsi, bütün proseslərin rəqəmsal şəkildə aparılması ilə fərqlənir”, – deyə məqalədə qeyd olunub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...