Alma, dünyanın ən populyar meyvələrindən biri kimi tanınır. Şirin, ləzzətli, turş olan almanın bir çox növü var. Hər kəs tərəfindən son dərəcə sevilən almanın sağlamlığa olan faydaları da haradasa, sərhədsizdir. Ümumiyyətlə, alma yeyildikdən sonra toxumu atılır. Ancaq aparılan bir araşdırmada alma toxumunun kalsium, fosfor, protein, kalium, təbii kükürd, lif, pektin, oleik turşu, alfa-linoleik, linol turşusu, dəmir və əsas yağ turşuları daşıdığı ortaya çıxmışdır. Məhz bu toxumlardan alınan yağ kosmetik və tibbi məqsədlər üçün istifadə edilir. Alma yağı sabun, losyon, şampun və krem kimi məhsullarda tez-tez istifadə edilir.

 Astarainfo.az deyerler.org-a istinadən bildirir ki, alma toxumu yağının ən mühüm tibbi faydalarından biri, dəri xərçəngi riskini azaltmasıdır. Bu yağdan mütəmadi olaraq istifadə edildikdə günəşin ultra-bənövşəyi şüalarına qarşı dərinizdə qoruyucu bir qalxan yaradır. Bu isə, xərçəng riskinin azalmasına gətirib çıxarır.
Alma yağı hər nə qədər dəri üçün mükəmməl bir müalicə üsulu olsa da, bəzi hallarda zəhərli bir maddəyə çevrilir. Alma çəyirdəyi (toxumu) yağını ehtiva edən məhsullardan istifadə etməzdən əvvəl, xüsusilə valideynlərin uşaqları üçün bir səhiyyə təşkilatı ilə məsləhətləşmələri tövsiyə edilir.