İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu sahədə növbəti işgüzar forum oktyabrın 19-də Ağdaş rayonunun Qulbəndə kəndində keçirilib. İşgüzar forum çərçivəsində SKMF tərəfindən Ağdaş rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Forumda SKMF-nın icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövründə verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, ümumilikdə bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla Aran iqtisadi rayonunda fəaliyyət göstərən 13300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 542,5 mln. manat güzəştli kredit verilib.
Tədbirdə müvəkkil kredit təşkilatları vasitəsilə Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 10,7 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, əkinçilik, quşçuluq, aqroparkın yaradılması, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 400-dən çox yeni iş yerinin yaradılmasına imkan yaradacaq.
Qeyd edək ki, ümumilikdə indiyədək SKMF tərəfindən ümumi dəyəri 242,6 mln. manat olan 25 müasir heyvandarlıq kompleksinin yaradılmasına 109 mln. manat güzəştli kredit verilib. Artıq bu heyvandarlıq komplekslərindən 20-si fəaliyyət göstərir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...