Azərbaycan prezidenti İlham Əliyev İstanbulda İranın birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşüb.
APA-nın xəbərinə görə, Azərbaycan prezidenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula səfər edib.
Görüşdə prezident İlham Əliyev ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini bildirib, siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayıb. Azərbaycan prezidenti iqtisadi əməkdaşlığın genişləndiyini, ölkələrimiz arasında mühüm infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Dövlət başçısı prezidentlər səviyyəsində görüşlərin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verdiyini bildirib.
İranın birinci vitse-prezidenti Eshaq Cahangiri Azərbaycan ilə İran arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini deyib, Astara-Astara dəmir yolu xəttinin həm ikitərəfli sahədə, həm də bölgədə əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib.
Eshaq Cahangiri regionda terrorizm təhdidlərinin olduğunu söylədi və buna qarşı mübarizədə ölkələrin səylərinin artırılmasının əhəmiyyətindən danışıb.
İqtisadi əlaqələrimizin uğurla inkişaf etdiyini deyən prezident İlham Əliyev Astara-Astara dəmir yolu layihəsinə dünyada böyük marağın olduğunu qeyd edərək bildirib ki, bu layihə bölgədə iqtisadi əməkdaşlığın inkişafına xidmət edir. Dövlət başçısı deyib ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı fəal mübarizə aparan ölkələrdəndir və bu sahədə səylərini əsirgəmir.
Söhbət zamanı Azərbaycan ilə İran arasında energetika, əczaçılıq, sərmayə qoyuluşu, sənaye, o cümlədən birgə avtomobil istehsalı və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğu bildirildi və əlaqələrimizin inkişafına dair fikir mübadiləsi aparılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...