Astarainfo.az LDU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, 18 oktyabr –Azərbaycanın Dövlət Müstəqilliyi gününün bayram sevincini LDU ailəsi birgə paylaşıb. N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən bayram tədbiri Azərbaycan Dövlət Himninin ifası ilə başlanıb.
Rəsmi hissədə LDU-nun baş müəllimi,tarix üzrə fəlsəfə doktoru Kamal Mahmudov Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı geniş məruzə edib. 18 Oktyabr tarixini Azərbaycan xalqının şərəf və şöhrət salnaməsi adlandıran,dünyada yaşayan onlarla xalqın bu gün də müstəqil dövlətlərinin olmadığını,hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan dövlətinin bayrağı altında yaşayıb işləməyin səadət olduğunu deyən Kamal Mahmudov xalıqımızın azadlıq mücadiləsində üzləşdiyi çətinliklərdən,gərgin mübarizədən ,tökülən qanlardan ətraflı söz açıb,müstəqil dövlətimizin keşiyində dayanmağı hər bir azərbaycanlının şərəf işi adlandırıb, ən ali vətəndaşlıq borcu kimi dəyərləndirib.
Rəsmi hissədən sonra Lənkəran Dövlət Universitetinin professor-müəllim –tələbə heyəti birgə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı aktyorlarının ifasında yazıçı-dramaturq Hafiz Mirzənin “Ay Lolo və ya Moskvalı gəlin “ iki hissəli komediyasına tamaşa ediblər.Respublikanın əməkdar artisti Adil Zeynalovun quruluş verdiyi tamaşada əsas rolları respublikanın əməkdar artistləri SucəddinMirzəyev, Adil Zeynalov,artistlərdən Səyad Əliyev,Təranə Fərəcova,Şəbnəm Hüseynova və başqaları ifa ediblər.Tamaşa izləyicilər tərəfindən alqışlarla qarşılanıb və aktyorlara təzə-tər çiçəklər təqdim edilib.
Sonda LDU-nun rektoru professor Natiq İbrahimov maraqlı tamaşaya və gözəl aktyor oyununa görə teatr kollektivinə minnətdarlığını bildirib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...