BMT-nin dərc etdiyi yeni hesabatda, 5 yaşa qədər ölən uşaqların sayının 2000-ci ildə 9,9 milyon olsa da, bu rəqəmin 2016-cı ildə 5,6 milyona düşdüyü qeyd olunub.
Astarainfo.az Deyerler.org-a istinadən  xəbər verir ki, hesabat UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Dünya Bankı və UNDESA Əhali Bürosunun formalaşdırdığı Təşkilatlar Arası Uşaq Ölümləri Proqnoz Qrupunun (İGME) birgə fəaliyyəti nəticəsində hazırlanıb. Hesabatda bugünkü vəziyyət nəzərə alınaraq 2017-2030-cu illər arasında 60 milyon uşağın 5 yaşı olmadan dünyasını dəyişəcəyi və bu uşaqların yarısını yeni doğulan uşaqların təşkil edəcəyi bildirilib.
Yeni doğulan uşaq ölümlərinin böyük hissəsinin Cənubi Asiya və (39%) Səhraaltı Afrikada (38%) baş verdiyi bildirilsə də, hesabatda, yeni doğulan ölüm hallarının yarısının Hindistan (24%), Pakistan, (10%) Nigeriya (9%), Konqo Demokratik Respublikası (4%) və Efiopiyada (3%) qeydə alındığı bildirilib.
Hesabatda sətəlcəm və ishalın 5 yaşdan aşağı uşaq ölümlərinə yol açan infeksiya xəstəliklərinin ən əsas səbələrdən olduğu bildirilib.
Qlobal bərabərsizliyin azaldılması vəziyyətində bir çox ölümün qarşısını almaq mümkün olacaq. Yüksək gəlir səviyyəli ölkələrdə qeydə alınan orta hesabla ölüm nisbəti bütün ölkələr tərəfindən formalaşdırılsaydı, 2016-cı ildəki 5 yaşından kiçik uşaq ölümlərinin 87%-nin qarşısı alınmış olardı. Bu təxminən 5 milyon insanın ölümünün qarşısının alınması deməkdir.