Gicitkanın bilmədiyiniz faydaları – İltihab əleynihə təsirlidir

Tərkibində A, B, C vitaminləri, potasium, orqanik turşu, formik turşu, kimi maddələr olan gicitkan nə qədər insanları dalayaraq onları özündən uzaq tutmağa çalışsa da, insanlar onun sağlamlığa olan faydalarından daim istifadə etməyə çalışırlar. Bəs gicitkan hansı sağlamlıq problemlərinə müsbət təsir edir?

Gicitkan otunu dəmləyib çay kimi içərək aşağıdakı xəstəlikləri müalicə etmək mümkündür;
 Qanı təmizləyir və artırır;
Dəmir çatışmazlığını aradan qaldırır;
İltihabı götürür;
Revmatizmin müalicəsi üçün olduqca əhəmiyyətlidir;
Mədə-bağırsaq xorasını yaxşılaşdırır;
Bir çox allergiya xəstəliklərinə müsbət təsir edir;
Yetkinlik dövründə ortaya çıxan səpkiləri təmizləyir;
Həmçinin gicitkən toxumunu döyərək balla qarışdırıb gündə 2-3 çay qaşığı yemək cinsi gücü artırır;
Qeyd edək ki, bu reseptdən istifadə edərkən 8-10 qramdan artıq gicitkən toxumu qəbul etmək olmaz.
Qanartırıcı kimi istifadə edərkən gicitkan şirəçəkən maşından keçirilir, suyu şüşə bankaya yığılır, soyuducuda saxlanılır, hər gün 3 dəfə böyüklər 1x.q, uşaqlar 1ç.q içirlər.
Gicitkanın suyu yaşıl olur soyuducuda saxladıqca üst hissədən rəngi qaralır. Hər içdikdə, qara yeri tökülür, yaşıl hissəsindən içilir.