Prezident İlham Əliyev Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Astarainfo.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:
Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsi verilsin”.