B1 və B 12 vitaminləri ehtiva edən kahı, xüsusən A vitamini baxımından çox zəngin bir qida qaynağıdır. Bundan başqa, kalium baxımından da olduqca zəngindir. Həmçinin tərkibinə magnzeyum başda olmaq üzrə, bir çox mineral daxildir.
Astarainfo.az deyerler.org-a istinadən bildirir ki, kahının sağlamlıq üçün faydaları olduqca çoxdur. Təsirli bir dəmir anbarı olduğuna görə, kahı dəmir çatışmazlığından irəli gələn qan azlığı və saç tökülməsinə qarşı qoruyur. Dəmir eyni zamanda qan və damar sağlamlığının qorunmasına da yardımçı olur. Bundan əlavə, beyinə sağlam bir şəkildə oksigen getməsi üçün dəmir həyati əhəmiyyət kəsb edir.
Kahının tərkibində həmçinin C vitamini də yer alır. C vitamini sərbəst radikallara qarşı ən təsirli vitaminlərin başında gəlir.
Bu xüsusiyyətlərinə görə, bir çox xəstəliyə tutulma riskini azaldır və bəzi xəstəliklərinin müalicəsində istifadə edilir. Antioksdian təsiri ilə kahı həmçinin, xərçəng xəstəliklərinə də tutulma riskini azaldır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...