Nazirlik işə qəbul elan etdi – MÜSABİQƏ

Daxili İşlər Nazirliyi xidmətə qəbulla bağlı müsabiqə elan edib. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi Tibb İdarəsinin müalicə – profilaktika müəssisələrində 3 həkim – travmatoloq,  1 həkim – neyrocərrah, 1 həkim – uroloq, 3 həkim – narkoloq və 1 həkim – nefroloq, ümumilikdə vakant olan 9 vəzifə üzrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. Müsabiqədə dövlət ali təhsil müəssilərində müvafiq ixtisasla təhsil almış, tibb və təhsil müəssisələrində rezidentura keçmiş, ixtisas üzrə azı 5 il praktiki təcrübəyə malik, yaşı 35-dən yuxarı olmayan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), özü və yaxın qohumları məhkum olunmamış, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də müəyyən olunmuş şərtlərə cavab verən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Nazirlik Beynəlxalq Əməkdaşlıq İdarəsində vakant olan 1 inspektor-tərcüməçi (sinxron-ingilis dili) vəzifəsində xidmətə qəbulla bağlı da elan verib. Müsabiqədə dövlət ali təhsil müəssisələrində tərcüməçi (sinxron tərcüməçi) ixtisası üzrə magistr dərəcəsi almış, ingilis dilini mükəmməl bilən, tərcüməçi kimi əmək stajına malik yaşı 30-dan yuxarı olmayan şəxslər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2017-ci il oktyabr ayının  20-dən noyabr ayının 20-dək

http://www.mia.gov.az/index.php?/az/content/29875

ünvanında yerləşdirilmiş elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin medical@mia.gov.az internet ünvanına göndərməlidirlər.

Elektron ərizənin qeydiyyata alınması barədə müvafiq məlumat aldıqdan sonra müsabiqədə iştirak etmək üçün dəvət edilən namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

şəxsiyyət vəsiqəsi;

ali təhsil haqqında diplom;

hərbi bilet (kişilər üçün);

əmək kitabçasının surəti.

Müsabiqə qaliblərinə müvafiq xüsusi rütbə verilməklə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək ilkin olaraq 500 manat aylıq təminat xərcliyi, eləcə də göstərdiyi pullu xidmətə görə əlavə pul vəsaiti ödəniləcək, habelə onların qanunvericiliklə müəyyən olunmuş qaydada daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

 

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

 

012-590-20-59

012-590-20-94