Siyasətdə baş verənlər idmanda da təkrar olunur.
A24.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov şəxsi “Twitter”səhifəsində yazıb.
“Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – “Qarabağ” klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”, – deyə o, qeyd edib.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” – “Atletiko” oyununda (0:0) Dieqo Qodin cərimə meydançasında “Qarabağ”ın futbolçusu Dino Ndlovunu yıxsa da, matçın fransalı referisi bunu simulyasiya kimi qiymətləndirərək cənubi afrikalı hücumçunu ikinci sarı vərəqə ilə meydandan qovub.