Rusiya prezidenti Vladimir Putin dövlət başçısının və bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın müddətini daha bir il uzadıb.
“Report” RBK-ya istinadən xəbər verir ki, qanuna uyğun olaraq, dövlət başçısının, baş nazirin, onun müavinlərinin və nazirlərin, eləcə də baş prokurorun, İstintaq Komitəsinin və Mərkəzi Seçki Komissiyasının rəhbərinin əmək haqqı 10% azaldılıb.
Sənədə əsasən, yüksək vəzifəli rəsmilərin əmək haqlarının azaldılması barədə sərəncamın qüvvədə olma müddəti 2018-ci il dekabrın 31-dək uzadılıb.
Eyni zamanda Prezident Administrasiyası, Hesablama Palatası və hökumət aparatının bir sıra əməkdaşlarının məmur maaşlarının 10% azaldılması barədə normanın qüvvədə olma müddəti artırılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...