Rusiyada 5,0 bal gücündə zəlzələ baş verib

Rusiyanın Buryatiya Muxtar Respublikası ərazisində 5,0 bal gücündə zəlzələ baş verib.
APA-nın “Vostok-Teleinform” agentliyinə istinadən verdiyi xəbərə görə, yaşayış məntəqələrində yeraltı təkanların gücü 4,0 baladək olub.
Zəlzələ həmçinin İrkutsk vilayətində də  hiss olunub.
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.