Tovuz rayonunda uşaq hamam vannasına düşərək boğulmaq təhlükəsi ilə üzləşib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yanıqlı kənd sakini, 1 yaş 6 aylıq Rüstəmzadə Nurlan Niyaməddin oğlu evdə valideynlərinin gözündən yayınaraq su ilə dolu hamam vannasına düşüb.
Valideynləri tez onu sudan çıxarsalar da, uşağın halı pisləşdiyindən onu xəstəxanaya aparıblar. Hazırda uşağa tibbi yardım göstərilir.
Vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.