2018-ci ildə orta ixtisas və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsində tələbə qəbulu ilə bağlı tələb edilən məbləğin ödənilməsi və ümumtəhsil məktəblərində buraxılış imtahanının keçirilməsi üçün dövlət büdcəsində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs üçün 5 milyon manat vəsait proqnozlaşdırılıb.
Astarainfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrdə qeyd edilib. Sənəddə bildirilir ki, təhsil xərcləri üçün ayrılan vəsaitin 362,7 milyon manatı və ya 18,1 faizi bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ölkədə ümumtəhsil məktəbləri şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması və metodiki vəsaitlərin alınması ilə bağlı xərclər üçün 20,1 milyon manat ( əvvəlki illə müqayisədə 12.4 milyon manat və ya 2,6 dəfə çox), ölkədə təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 20,1 milyon manat ( əvvəlki illə müqayisədə 5.7 milyon manat və ya 39,2 faiz çox), Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan ( sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün 0,2 milyon manat, Azərbaycanda dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ( De-institusionalizasiya) və alternativ qayğı üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclər üçün 0,8 milyon manat, “SOS Uşaq Kəndləri -Azərbaycan” Assosiasiası üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 1,4 milyon manat ( əvvəlki illə müqayisədə 0,1 milyon manat ə ya 9,7 faiz çox), gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı xərclərə 0.4 milyon manat, təhsildə inkişaf və innovasiyalar üzrə qrant layihələrinin həyata keçirilməsi ilə əlaqədar xərclər üçün 1,0 milyon manat, kitab alınması ilə bağlı xərclər üçün 0,5 milyon manat ( əvvəlki illə müqayisədə 0,2 milyon manat və ya 85,2 faiz çox), dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması ilə bağlı xərclər üçün 22,4 milyon manat, “Birgə Azərbaycan-Fransız Universiteti “UFAZ” layihəsinin həyata keçirilməsi ilə bağlı xərclər üçün 2,7 milyon manat, 2018-c ildə respublikanın 26 şəhər və rayonunda ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmənin maliyyə təminatı ilə bağlı xərclər üçün 70,5 milyon manat, xarici ölkələrin ali təhsil və elmi-tədqiqat müəssisələrində Azərbaycanşünaslıq və Xəzər hövzəsi regionu ilə bağlı tədqiqatların təşviqi üzrə xərclər üçün 1,0 milyon manat, dövlət sifarişi əsasında intensiv yenidən ixtisaslaşdırma və qısmüddətli yenidənhazırlama proqramları üzrə qiyabi təhsil alan müdavimlər ilə bağl xərclər üçün 0.2 milyon manat, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi ilə bağlı dövlət sifarişi ilə təhsil alan bakalavriat və magistratura pillələri üzrə 160,9 milyon manat ( əvvəlki illə müqayisədə 10,0 milyon manat və ya 6,9 faiz çox), digər sosial tədbirlər üçün 58,5 milyon manat vəsait proqnozlaşdırılıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...