“Qarabağ” hakim səhvinə görə UEFA-ya şikayət edəcək? – AÇIQLAMA

Ötən gün gənclər və idman naziri Azad Rəhimov mətbuata müsahibədə “Qarabağ”ın hakim səhvi ilə əlaqədar UEFA-ya şikayət edəcəyini deyib.
Məsələ ilə bağlı Modern.az-a danışan Qarabağ Futbol Klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib ki, Qarabağ Futbol klubu hakim səhvi ilə əlaqədar UEFA-ya şikayət etməyəcək.
“Hakimin səhvi ilə bağlı UEFA-ya şikayət etmək “Qarabağ”a heç nə verməyəcək. Bundan əvvəl də bir neçə dəfə şikayət olunub, amma nəticəsi olmayıb”