Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümü münasibətilə Əskişəhərdə “Azərbaycan toyu” adlı konsert proqramı təşkil edilib.
Astarainfo.az AZƏRTAC-a istinadən bildirir ki, konsert Əskişəhər Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə reallaşıb.
Əskişəhər valiliyinin, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin, Əskişəhər Azərbaycanlılar Dərnəyinin nümayəndələrinin və digər qonaqların iştirak etdiyi konsertdə qurumun “Turan” musiqi qrupu çıxış edib.
Konsertdə “Vağzalı”, “Azərbaycanım”, “Anadır arzulara hər zaman Qarabağ”, “Necə unudum səni”, “Qal sənə qurban”, “Payız gəldi”, “Çırpınırdı Qara dəniz”, “Azərbaycan, Türkiyə”, “Yaşa Azərbaycan” mahnıları ifa edilib, şeirlər səsləndirilib.
Qonaqlar Azərbaycan musiqi mədəniyyəti ilə tanış olub və konsert onlara xoş ovqat bəxş edib.
Sonda azərbaycanlı tələbələrin rəqsi iştirakçılara xoş ovqat bəxş edib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...