Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonuna cəlb olunmuş xüsusi təyinatlı polis dəstəsi rayon polis idarəsində yerləşdirilib.

Astarainfo.az-ın APA-ya istinadən məlumatına əsasən, Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, yarana biləcək hər hansı gərginliyə dərhal reaksiya vermək üçün əlavə polis qüvvələri bütün ölkə boyu hazırlıq vəziyyətinə gətirilib.

 “Bundan başqa hər bir polis nəfərinin seçkidə iştirakını təmin etmək üçün mütəmadi rotasiya həyata keçirilir. Əlavə polis qüvvələrinin cəlb olunmasını interpretasiya etməməyə çağırırıq”, – deyə DİN-nin məlumatında qeyd olunub.
Marneulidə səsvermə prosesini şərh edən Gürcüstan MSK-nın mətbuat katibi Ana Mikeladze rayonda seçkilərin sakit şəraitdə keçdiyini deyib. Onun sözlərinə görə, polis rayonda yerləşən seçki məntəqələrinə daxil olmur.