Sakit okeanda yaranmış güclü “Lan” tufanı şimal-şərq istiqamətində hərəkət edərək Yaponiyanın Okinava prefekturasının Daiço adalarına yaxınlaşır.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, hazırda tufan Filippin dənizi üzərindədir və təxminən saatda 15 kilometr sürətlə Yaponiyaya doğru hərəkət edir.
Sinoptiklərin proqnozuna görə, tufan yapon adalarına bazar gününə keçən gecə çatacaq və bundan sonra bir neçə gün ərzində həmin istiqamətdə hərəkət edərək paytaxt regionu da daxil olmaqla Yaponiyanın mərkəzi hissəsinə, Şikoku adasının şərqinə çatacaq.
Meteoroloqların bildirdiyinə görə, hazırda tufanın mərkəzində küləyin sürəti saniyədə 50 metrə, şiddətlə əsdikdə 70 metrə çatır. Tufanın mərkəzindən 280 kilometr radiusda küləyin sürəti saniyədə 25 metrə bərabərdir.
“Lan” tufanı özü ilə güclü yağışlar gətirir. Amami adalarında bazar günü səhər 250 millimetr, oktyabrın 23-də isə Tokay regionunda 500 millimetr yağıntı düşəcəyi gözlənilir. Bu, Yaponiyanın bir çox rayonlarında torpaq sürüşmələrinə və daşqınlara səbəb olaraq, əhali üçün ciddi təhlükələr yaradacaq.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...